/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Futbol üzrə UEFA ÇL-də II təsnifat mərhələsinin cavab oyunları keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” azərbaycanlı futbolsevərləri növbəti dəfə sevincə qərq edib. İlk oyunda səfərdə Maltanın “Valetta” klubunu 1:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu dəfə rəqibini T.Bəhramov arenasında qəbul edib. Qurban Qurbanovun baş məşqçisi olduğu komandamız ilk dəqiqələrdən hesabı açmaq üçün hücuma atılsa da, öz istəyinə 15-ci dəqiqədə çatıb. Reynaldo cavab oyununda “Valetta”nın qapısına yol tapan ilk futbolçu olub. Çox keçməmiş Reynaldoya qarşı kobudluğa görə qırmızı vərəqə ilə cəzalandırılan Conatan Karuana meydandan qovulub. Valettanın qapısına 2-ci qol isə fasilədən sonra vurulub. 48-ci dəqiqədə Vüqar Nadirovun ötürməsini Çumbinyo qola çevirib. 57-ci dəqiqədə Qarabağın yeni transferi Danilo Dias adını qol vuranların siyahısına yazdırıb. Oyunda son nöqtəni isə 80-ci dəqiqədə Leroy Corc qoyub. Bu qol həm də görüşün yekun nəticəsini müəyyənləşdirib. Hansı ki, son dəqiqələrdə maltalı futbolçulardan Rayan Fenek qarşılaşmanın belaruslu baş hakimi Serqey Çinkeviçin qəzəbinə tuş gəlib və komandasını azlıqda qoyub. Qarabağ -4, Valetta -0. Beləliklə də iki oyunun nəticəsinə görə rəqibini 5-0 hesabı ilə məğlub edən Qarabağ, UEFA Çempionlıar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb. Növbəti mərhələdəki rəqib isə Avstriyanın Zalsburq kollektivi olacaq.

13:00 / 23.07.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 565
Bu ay: 29503
Ümumi: 17249956
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın