/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

“Neftçi” mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq

Şriftin ölçüsü:  11px13px15px17px

Futbol üzrə Avropa Liqasında ölkəmizi təmsil edən digər komanda “Neftçi” bu gün mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Rəqib Sloveniyanın “Koper” komandasıdır. Ötən mövsüm Çempionlar Liqasında uğursuz çıxışla yadda qalan “ağ-qaralar” bu dəfə azarkeşləri sevindirməyə çalışacaq. Komandamız matç önçəsi hazırlıq prosesini uğurla başa vurub. Ötən gecə son məşqinə çıxan paytaxt təmsilçisi daha çox toplu calışmalara üstünlük verib. Ardınca meydana Sloveniya təmsilçiləri çıxıblar.
Təlim məşqlərdən sonra komandalar oyun öncəsi ənənəvi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. “Neftçi”nin baş məşqcisi Böyükağa Hacıyev hər zaman olduğu kimi bu dəfə də oyunla bağlı nikbin fikirlər səsləndirib. Daha sonra növbə rəqib komandanın baş məşqcisi Rodolfo Vanoliyə çatıb: “Çox güclü komandaya qarşı oynayacağıq. Bilirik ki, onların Avropada təcrübəsi böyükdür. Ancaq biz də təcrübəsiz deyilik. Konkret mənə gəlincə, İtaliyanın “Udineze” və Bolqarıstanın MOİK klubunda çalışmışam. Düşünürəm ki, cütün taleyinə ilk oyundan sonra aydınlıq gəlməyəcək. Yalnız cavab matçından sonra hər şey məlum olacaq. Futbolçularıma inanıram.
Komandamda güclü oyunçular var. Lakin “Neftçi”nin də təcrübəli rəqib olduğunu söyləyə bilərəm. Hər halda kapitanımız matç ərzində bütün komandanı arxasınca aparmağa çalışacaq”. Qeyd edək ki, “Neftçi” - “Koper” qarşılaşmasının start fiti saat 20-də səslənəcək. Görüşün baş hakimi belaruslu Denis Şerbakovdur.

13:00 / 17.07.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 152
Bu ay: 29090
Ümumi: 17249543
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın