/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Daha bir önəmli yarışa yekun vuruldu

Şriftin ölçüsü:  11px13px15px17px

Paytaxt bakıda təşkil olunan daha bir önəmli yarışa yekun vuruldu. Söhbət bədii gimnastika üzrə 30-cu Avropa çempionatından gedir. Milli Gimnastika Arenasında kecirilən və 33 ölkədən 250-dək idmançının iştrak etdi Avropa Çempionatı istər təşkilatçılıq, istərsə də medallar uğrunda gedən mübarizələrin gərginliyi baxımından hələ uzun müddət yaddaşlardan silinməyəcək. Möhtəşəm arenaya toplaşan çoxsaylı tamaşaçı ordusu 3 gün ərzində qitənin ən güclü gimnastlarının ifasında maraqlı kompozosiyaların, çətin elementlərin şahidi oldu.
Önəmli turnirlə bağlı ölkəmizə səfər edən idmançı və qonarların hər biri paytaxt Bakıdan xoş təəssüratlarla ayrıldı. Onları valeh edən möhtəşəm arena ilə yanaşı, ölkədə aparılan tikinti işləri, müasir və gözoxşayan binalar, ən nəhayət Azərbaycan xalqının qonaqpərvərliyi oldu.
Beləliklə, 3 gün davam edən qitə miqyasli önəmli yarişda 9 dəst medal öz sahibini tapdi. Ölkəmizsə Avropa çempionatinda yalniz təşkilatçiliq bacariğini deyil, bu idman növünün təbliğində, yeni - yeni gimnastlarin yetişməsində əhəmiyyətli rolunu nümayiş etdirtdi. Əksər gimnastlarimiz qitə miqyasli yarişda ilk dəfə çixiş etsələr də əldə olunan nəticə və qazanilan uğurlar gələcəyə ümidlə baxmağa əsas verir.

13:00 / 16.06.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 1013
Bu ay: 164288
Ümumi: 18362448
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın