/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Azərbaycan daha bir önəmli yarışa ev sahibliyi edir

Şriftin ölçüsü:  11px13px15px17px

Dünyanın həm də idman ölkəsi kimi tanıdığı Azərbaycan bu günlərdə daha bir önəmli yarışa ev sahibliyi edir. Bu dəfə zərifliyi, elastikliyi və gözəlliyi ilə seçilən idmançılar paytaxt bakıda bir araya gəlib. 30 – cu Avropa çempionatı yalnız mübarizənin gərginliyi ilə deyil, ölkəmizin təşkilatçılıq bacarığı ilə diqqəti cəlb edir.
İlk növbədə onu deyək ki, önəmli turnirdə iştirakla bağlı ölkəmizə səfər edən qonaqları yeni istifadəyə verilən Milli Gimnastika Arenası sözün əsil mənasında heyrətləndi. Möhtəşəmliyi, gözoxşayan dizaynı, rahatlığı ilə hər kəsin diqqətini cəlb edən arena müasir standartlara uyğun tərtib edilib.
Möhtəşəm arenada təşkil olunan 30-cu Avropa çempionatının açılış mərasimi də olduqca möhtəşəm və baxımlı alındı. Tədbirdə çıxış edən idman rəsmiləri və qonaqlar turnirin əhəmiyyəti və Azərbaycanın təşkilatçılıq bacarığını xüsusi qeyd etdilər. Bədii gimnastika üzrə Avropa çempionatı Rio De Janeyro olimpiya oyunlarına gedən yolun başlancığı kimi qiymətləndirildi. Mərasimin bədii hissəsində isə azarkeşlər maraqlı musiqi proqramlarını izləmək imkanı əldə etdilər.
Beləliklə, Azərbaycan istər dünya, istərsə də Avropa miqyaslı yarışları yüksək səviyyədə qəbul etməyə hazır olduğunu, təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi. Bunu yalnız biz deyil, turnirə təşrif buyurmuş qonaqlar da bildirir.
30-cu Avropa çempionatının iştirakçısı olmaq üçün ölkəmizə 33 ölkədən təxminən minə yaxın qonaq təşrif buyurub. Onlardan 250-dən çoxu gimnast, 500-nəfərdən çoxu isə rəsmi qonaq və azarkeşlərdir. Etiraf edək ki, müxtəlif ölkələrin nümayəndələrini və Avropanın müxtəlif gimnastika məktəblərinin yetirmələrini sözün əsil mənasından heyrətləndirmək olduqca çətindir. Lakin Azərbaycan Gimnastika Federasiyası bu işin öhdəsindən məharətlə gəldi.
Turnir ərzində müxtəlif yarışlarda 9 dəst medal öz sahibini tapacaq. Bundan əlavə, 2015-ci ildə Bakı Avropa oyunlarında yarışacaq böyüklərdən ibarət qrup komandalarının siyahısı da məhz Avro-2014-də müəyyənləşəcək.
Şəfiqə Muradqızı

13:00 / 14.06.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 9713
Bu ay: 114985
Ümumi: 14249346
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın