/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Mümkünsüz mümkün oldu

Şriftin ölçüsü:  11px13px15px17px

“Eurosport” kanali mayin 7-11-də bakida keçirilən “Tour d”Azerbaidjan-2014” veloyürüşlə bağli maraqli reportaj hazirlayib. Materialda Azərbaycanda idmanin inkişafindan, ölkəyə olan turist axinindan və gələn il keçiriləcək ilk Avropa oyunlarindan bəhs edilib. Reportajda Bakida 25 komandanin iştiraki ilə keçirilən 5 mərhələli yarişdan xüsusi söhbət açilib. Və bu velotura olan marağin ildən-ilə artmasi qeyd olunub. Beynəlxalq velosipedçilər ittifaqinin təqvim-planinda önəmli yer tutan nüfuzlu yarişin taninmiş qonaqlari da “Tour d”Azerbaidjan” haqqinda yüksək fikirlər söyləyiblər. 2008-ci il “Tour de France” veloyürüşünün qalibi, ispaniyali Karlos Sastre velosiped idmani üzrə yarişlarin coğrafiyasinin genişlənməsindən məmnunluqla danişib və Azərbaycanda idmana olan böyük sevgini xüsusi vurğulayib. “Tour d”Azerbaidjan-2014” ölkəmizə təkcə xarici turistlərin yox, həm də dünyanin ən nüfuzlu velosiped komandalarinin gəlməsinə şərait yaradib. Azərbaycan Velosiped Idmani Federasiyasinin baş katibi Fərhad Əliyevin sözlərinə görə, qurum velosiped idmaninin bütün növlərinin geniş yayilmasi üçün lazimi işlər həyata keçirir və bu tip yarişlarin təşkili də inkişafi şərtləndirən əsas amillərdəndir. Türkiyənin “Torku şəkərspor” komandasinin nümayəndəsi, 2011-ci il nüfuzlu “Vuelta” veloyürüşünün qalibi Xuan Xose Kobo yarişin ildən-ilə artan nüfuzundan danişib və 2.1 kateqoriyali “Tour d”Azerbaidjan” yarişinin velosipedçilər üçün önəmli bir tura çevrildiyini deyib. Turun texniki direktoru, almaniyali Albrext Röder isə Azərbaycanin qarşidaki illərdə daha nüfuzlu yarişlar, hətta dünya çempionatini belə keçirmək iqtidarinda olduğunu söyləyib. Süjetdə “Tour d”Azerbaidjan-2014”ün sonuncu, 5-ci mərhələsinin paytaxt Baki küçələrində təşkili də xüsusi vurğulanib və bu. Azərbaycanin gələn il ev sahibliyi edəcəyi ilk Avropa oyunlarina hazirliğin önəmli bir hissəsi kimi dəyərləndirilib.

19:00 / 21.05.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 1410
Bu ay: 164685
Ümumi: 18362845
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın