/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

“Sevilya” klubu Avropa Liqasının qalibi oldu

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gecə futbol üzrə UEFA Avropa liqasının qalibi məlum olub. Qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirin finalında İspaniyanın "Sevilya" və Portuqaliyanın "Benfika" komandaları qarşılaşıblar. İtaliyanın turin şəhərinin "Yuventus Stadium" stadionunda keçirilən qarşılaşmada komandaların çoxsaylı cəhdlərinə baxmayaraq əsas vaxtda qapılara qol vurulmayıb. Oyunun qəhrəmanları qapıçılar olub. Almaniyalı baş hakim Feliks Brixin idarə etdiyi oyunda qalibi müəyyənləşdirmək üçün komandalar daha 30 dəqiqə meydanda mübarizə aparıblar. Lakin əlavə vaxtda da heç bir komanda fərqlənə bilmədi. Avroliqanın yeni qalibini penaltilər müəyyənləşdirib. Bu zərbələri daha dəqiq yerinə yetirən "Sevilya" 8 ildən sonra yenidən sayca 3-cü dəfə Avroliqanın qalibi oldu. “Sevilya” Avropa Liqasının yeni adı ilə kuboku ilk dəfə başı üzərinə qaldırıb. “Benfika” isə növbəti dəfə Qutman lənətindən qurtula bilməyib. Həmin vaxt macar məşqçisi Qutmanı istefaya göndərən Lissabon təmsilçisi o vaxtdan 8 dəfə finala çıxsa da qalib gələ bilməyib. Portuqaliyalılar 52 ildir Avrokubok qazana bilmir

09:00 / 15.05.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 31
Bu gün: 992
Bu ay: 362723
Ümumi: 13187021
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın