/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Yığmamız qrupu 4-cü pillədə başa vurdu

Şriftin ölçüsü:  11px13px15px17px

Dünən dünya çempionatı-2014-ün seçmə mərhələsinə yekun vurulub. Millimiz doğma meydanda qrup lideri Rusiyanı qəbul edib. Qardaş Türkiyə isə son matçını Hollandiya ilə keçiribib. Ən acınacaqlı vəziyyət ilə Ukrayna millisi qarşılaşıb. Dünya çempionatı-2014-ün seçmə mərhələsi çərçivəsində milli komandamız son matçına çıxıb. Rusiya millisi ilə qarşılaşan komandamız 1 xal qazana bilib. Qarşılaşmanın 16-cı dəqiqəsində hesabda geri düşən millimiz matçın 90-cı dəqiqəsində vurduğu qolla tarazlığı bərpa edib. Qeyd edək ki, son oyunda doğma azarkeşləri önündə Şimali İrlandiyanı 2:0 hesabı ilə məğlub edən yığmamız Rusiya ilə oyunda da ən azı bir xal qazanmağı qarşısına məqsəd qoymuşdu. Lakin dünya çempionatının final mərhələsinə vəsiqə qazanmağa çox yaxın olan Fabio Kapellonun yetirmələrinin buna nə dərəcədə imkan verəcəyi böyük maraq doğururdu. Lakin yığmamız son matçında bir xal qazanmaqla seçiə mərhələni 4-cü pillədə başa vurdu. Fatih Terimin baş məşqçisi olduğu Türkiyə millisinin də dünya çempionatında oynamaq arzusu rellaşmadı. Azərbaycanlı azarkeşlərin də böyük maraqla gözlədiyi Türkiyə-Hollandiya qarşılaşmasında qələbəyə qonaqlar sevindi. Hollandlar oyunda 2:0 hesabı ilə qələbə qazandılar. Bununla da dünya çempionatı-2014-ün seçmə mərhələsinin Avropa zonasında «D» qrupunda mübarizə aparan Türkiyə millisi pley-off-da da oynamaq şansını itirdi. Bu qrupda pley-off-a Rumınya yığması çıxacaq. Rumınlar isə doğma meydanda Estoniyanı 2:0 hesabı ilə məğlub edib. Dünya çempionatı 2014-ün seçmə mərələsi, «H» qrupu çəriçvəsində San-Marino ilə Ukrayna qarşılaşıb. Oyun San-Marinonun fantastik məğlubiyyəti ilə başa çatıb. 0-8. Bununla da gələn ilin iyununda braziliyada təşkil olunacaq dünya çempionatına Avropa zonasından birbaşa vəsiqə qazanan komandaların adları müəyyənləşib. Seçmə mərhələni lider olaraq tamamlayan 9 komanda – İspaniya, Hollandiya, Belçika, İtaliya, Bosniya və Hersoqavina, Almaniya, İsveçrə, Rusiya və İngiltərə yığmaları mundiala bir başa vəsiqə əldə ediblər. Danimarka millisi isə seçmə mərhələnin ən yaxşı ikinci komandası kimi dünya çempionatında iştirak etmək hüqüqü qazanıb. Avropa zonasından Brazilyaya gedəcək növbəti 4 komandanın taleyinə isə pley-off oyunlarından sonra adınlıq gələcək. Bunlar Fransa, Portuqaliya, Xorvatiya, İsveç, Yunanıstan, Ukrayna, Rumınya və İslandiya milliləridir. Pley off mərhələsinin oyunları noyabr ayının 15 və 19-da keçiriləcək.

09:00 / 16.10.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 14895
Bu ay: 352405
Ümumi: 13176703
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın