/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Buza dırmanma üzrə açıq respublika çempionatının final mərhələsi keçirildi

Şriftin ölçüsü:  11px13px15px17px

Qusarda buza dırmanma üzrə açıq respublika çempionatının final mərhələsi keçirilib. Finalda 62 idmançı qələbə uğrunda mübarizə aparıb. Final mərhələsində Azərbaycandan 40, İran, Rusiya və Gürcüstandan isə 22 idmançı qüvvələrini sınayıb. İdmançılar müvafiq olaraq sürət və çətinlik mərhələləri üzrə yarışıblar. İrandan dəvət olunan hakimin təyin etdiyi marşurutlar üzrə donmuş şəlalədə sürət mərhələsində 20 metr, çətinlik mərhələsində isə 50 metr yüksəklik təyin edilib. Yarışın ən həyacanlı və ekstirimal hissəsi çətinlik mərhələsi sayılır. Bu mərhələdə idmançılar 50 metir hündürlüyündə donmuş şəlaləyə dırmanmaqa çalışırlar. Hər bir idmançıya isə yüksəkliyə dırmanmaq üçün 8 dəqiqə vaxt verilib. İdmançılar isə verilən bu çətin tapşırıqların öhdəsindən maksimum dərəcədə gəlməyə çalışdı. Çünki finala çıxan hər bir idmançı sonda qələbəni əldən vermək istəmirdi. Hər iki mərhələ isə olduqca çətin və maraqlı keçdi. Sonda sürət mərhələsində həm qızlar,həmdə oğlanlar arasında müvafiq üç yeri Azərbaycan idmaçıları qazandı. Çətinlik mərhələsində isə Azərbaycan idmaçıları ilə yanaşı Gürcüstan, İran və Rusiya idmaçıları da fərqləndilər. Sonda bütün qaliblər diplom və qiymətli hədiyələrlə təltif olundu. Qusarın «Salavat» komandası isə xüsusi kubokla mükafatlandırıldı.
Yusif Mahmudov

09:00 / 04.02.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 32
Bu gün: 1833
Bu ay: 165108
Ümumi: 18363268
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın