/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Avropa Cüdo İttifaqı yeni reytinq cədvəlini açıqlayıb

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Cüdo İttifaqı dünya tatami ustalarının yeni reytinq cədvəlini açıqlayıb. Qurum 2011-2012-ci illər Avropa kuboklarının, həmçinin 2011-ci il yuniorların Avropa çempionatının və həmin il Keyptaunda təşkil olunan dünya çempionatının nəticələrini əsas götürməklə reytinq cədvəlini müəyyən edib. Siyahıda yer alan həmvətənlərimizdən ən yüksək nəticə Mehman Sadıxova məxsusdur. Aktivində 260 xal olan idmançımız sıralamada 3-cü pillədə qərarlaşır. Gənc cüdoçularımız gələn həftə Xorvatiyada təşkil olunacaq avropa çempionatında çıxış edəcəklər. Sentyabrın 21-dən 23-nə dək keçiriləcək qitə miqyaslı yarışda hakimlər 11 cüdoçunu sınaqdan keçirəcəklər. Heyətə 55 kq – da Rasim Alməmmədovla Mehman Sadıxov, 60-da İsgəndər Talışinskiylə Rəşad Rufullayev, 66-da Musa Mehtiyevlə Cəlil Cəlilov, 73-də Afiq Cəfərli ilə Hüseyn Rəhimli, 81 kq çəkidə Əbdulhəqq Rəsullu və Məmmədəli Mehtiyev, həmçinin 100 kq – da Əlixan Həsənov daxildir.

16:00 / 14.09.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 5
Bu gün: 1631
Bu ay: 281947
Ümumi: 7061073
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın