/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Olimpiya oyunlarında ilk qalmaqal

Şriftin ölçüsü:  11px13px15px17px

London Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi sabaha təyin edilsə də, artıq futbol yarışları ilə 4 illiyin zirvə yarışına start verilib. İlk qalmaqal isə özünü çox gözlətməyib. Belə ki, Koreya Xalq Demokratik respublikası və Kolumbiyanın qadın yığmalarının oyununun əvvəlində siyasi səhvə yol verilib. Qlazqoda keçirilən matçda Koreya Xalq Demokratik respublikası yığmasının futbolçularının böyük ekranda təqdimatı zamanı onların fotolarının yanında bu ölkənin bayrağı əvəzinə Cənubi Koreyanın bayrağı peyda olub. Buna görə də özlərini təhqir olunmuş sayan şimali koreyalılar meydanı tərk edərək paltardəyişmə otağına yollanıblar. Təşkilatçılar futbolçuları meydana qaytarmaq üçün onları təxminən bir saat dilə tutublar və nəhayət oyun başlayıb. Nəticəyə gəlincə, «C» qrupunda yarışan bu komandaların görüşündə Koreya Xalq Demokratik respublikası futbolçuları 2-0 hesabı ilə qalib gəliblər. 39 və 86-cı dəqiqələrdə vurulan hər iki qolun müəllifi Sonq Hyu Kim olub. Bu qrupun digər oyunu Amerika Birləşmiş Ştatları – Fransa matçında isə daha məhsuldar hesab qeydə alınıb. Fransızlar 12 və 14-cü dəqiqələrdə rəqib qapısına yol tapmaqla 2-0 hesabı ilə önə keçsələr də, sonradan qapılarında 4 top görüblər və yekunda amerikalılar 4-2 hesabı ilə üstün olmaqla top fərqinə görə qrupda liderliyi ələ keçiriblər. Digər qrupda çıxış edən ev sahibi Böyük Britaniya yığması Yeni Zelandiya ilə matçda minimal hesablı qələbəyə sevinib. 64-cü dəqiqədə vurulan yeganə qolun müəllifi Stefani Hyuston olub. Bu qrupun digər iştirakçıları – Kamerun və Braziliya millilərinin qarşılaşmasında isə azarkeşlər bir aktyorun tamaşasına baxıblar. FİFA prezidenti Yozef Blatterin də izlədiyi matçda braziliyalılar rəqib qapısından 5 cavabsız top keçiriblər. Martanın dubl etdiyi görüşdə Fransiel, Renata Kosta və Kristiane hərəyə bir dəfə fərqləniblər. Və nəhayət «F» qrupu. Yaponiya və Kanada yığma komandalarının qarşılaşmasında «Gündoğar ölkə» təmsilçiləri 2-0 hesabı ilə önə keçdikdən sonra rəqibin gücü yalnız bir topun əvəzini çıxmağa yetib və Yaponiya 2-1 hesabı ilə üstün olub. İsveç və Cənubi Afrika Respublikası yığmalarının qarşılaşmasına gəlincə, avropalıların üstünlüyü ilk 21 dəqiqədə özünü biruzə verib. Rəqib qapısından 3 cavabsız top keçirən İsveç 60-cı dəqiqədə qapısında top görsə də, 3 dəqiqə sonra yenidən fərqi artırıb və yekunda 4-1 hesabı ilə qələbə qazanıb.

16:00 / 26.07.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 4302
Bu ay: 239207
Ümumi: 14373568
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın