/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

İdmançılarımız Olimpiya kəndində məskunlaşıb

Şriftin ölçüsü:  11px13px15px17px

30-cu Yay Olimpiya Oyunlarında iştirak etmək üçün dünən Londona yola düşən Azərbaycan nümayəndə heyəti artıq Olimpiya kəndində məskunlaşıb. Bu gün isə qeyd olunan məkanda Azərbaycan bayrağının qaldırılması mərasimi həyata keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16.30-da başlanacaq. Londona yollanan idmançılarımızdan iyulun 28-də mübarizəyə ilk olaraq 2 avarçəkənimiz, 2 boksçumuz, 1 cüdoçumuz və 1 idman gimnastımız qoşulacaq. Akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Natalya Mustafayeva 2000 metr məsafəyə təsnifat yürüşlərində mübarizə aparacaqlar. Püşkdən asılı olaraq 56 və 75 kq çəki dərəcələrində çıxış edən boksçularımız Məhəmməd Abdulhəmidov və Sultan Miqitinov 1/16 final mərhələsi çərçivəsində döyüş keçirməlidirlər. Yığma komandanın baş məşqçisi Nəriman Abdullayev boksçularımızın londonda uğurla çıxış edəcəyinə inanır. İyulun 28-də idman gimnastımız Şakir Şıxəliyev təsnifat mərhələsində gücünü sınayacaq. 60 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz İlqar Muşkiyev də həmin gün olimpiadanın medalını qazanmağa çalışacaq. Baş məşqçi Ağayar Axundzadə olimpiada öncəsi keçirilən təlim-məşq toplanışlarının nəticəsindən razıdır:

16:00 / 25.07.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 6401
Bu ay: 135023
Ümumi: 14269384
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın