
London Yay Olimpiya Oyunlarının açılış mərasiminin detalları məlum olub. İyunun 27-də baş tutacaq təntənəli açılış mərasimi Bakı vaxtı ilə saat 00:12 dəqiqə işləmiş başlayacaq. Mərasimdə «Möcüzələr adası» adlı proqram nümayiş olunacaq. Proqramın rəhbəri tanınmış rejissor və prodüser britaniyalı Denni Boyldur. Məlumat üçün deyək ki, Benni Boyl 2008-ci ildə «Xarabalıqlardan çıxmış milyonçu» filminə görə «Oskar» mükafatına layiq görülüb. 15 min könüllünün iştirak edəcəyi açılış mərasimi 3 saat davam edəcək. 36 milyon avroya başa gələcək açılış mərasiminin televiziya qarşısında 4 milyard tamaşaçının izləyəcəyi proqnozlaşdırılır.
16:00 / 23.07.2012