/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Yeniyetmə güləşçilər arasında Avropa Çempionatı davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Polşanın Katovitse şəhərində yeniyetmə güləşçilər arasında Avropa Çempionatı davam edir. Sərbəst güləşçilərin mübarizəsindən sonra xalça üzərinə zərif cinsin nümayəndələri çıxıb. Ötən gün 40, 46, 52, 60 və 70 kq çəkili qızlar arasında qaliblər müəyyənləşib. 52 kiloqramda Almaz İsmayılova yalnız finalda uduzaraq gümüş medal qazanıb. 40 kiloqramda mübarizə aparan Sahilə Ələkbərova yarımfinalda Rusiya güləşçisinə uduzsa da bürünc medal uğrunda keçirilən təsəlliverici görüşdə Türkiyəli Fatma Piraza qalib gələrək üçüncü yeri tutub. 46 kiloqramda çıxış edən Arzu Əliyeva ilk qarşılaşmada rusiyalı idmançıya məğlub olub. Lakin rəqibin finala çıxması idmançımızın da təsəlliverici görüşlərdə iştirakına şərait yaradıb. Əvvəlcə Almaniya, sonra isə rumıniyalı güləşçiyə qalib gələn arzu yekunda çempionatı bürünc medalla başa vurub. 60 kq - da Ləman Qurbanova və 70-də Darya Korin qitə çempionatından əliboş dönür. Xatırladaq ki, yarışın ilk günü qızların mübarizəsində 65 kiloqramda çıxış edən Raqnetta Qurbanzadə yalnız finalda Bolqarıstan nümayəndəsinə uduzaraq gümüş medala sahib çıxıb.

13:00 / 21.07.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 792
Bu ay: 362523
Ümumi: 13186821
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın