/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Gələcək olimpiyaçılar yetişir

Şriftin ölçüsü:  11px13px15px17px

London yay olimpiya oyunlarına sayılı günlər qalıb. 4 illiyin idman həyəcanı Azərbaycanda da diqqətlə izlənilir. Ölkədə geniş vüsət alan olimpiya hərəkatı olimpiya oyunlarına marağı artırıb. Gənclər gələcək olimpiya yarışlarında iştirak etmək üçün ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən olimpiya-idman komplekslərində böyük həvəslə məşq edirlər. Ağdaşda olduğu kimi. Olimpiya idman kompleksi istifadəyə verildiyi gündən yeniyetmə və gənclərin sevimli məkanına çevrilib. Burada onların həm olimpiya, həm də qeyri-olimpiya idman növləri ilə məşğul olması üçün hər cür şərait var. Əsas maraq olimpiya idman növlərinədir. Güləş, taekvondo, cüdo və boksla məşğul olanların sayı daha çoxdur. Olimpiya idman kompleksi artıq Ağdaşın idman həyatına öz təsirini göstərir. Rayon gənclərinin idmanın müxtəlif növləri üzrə qazandığı nailiyyətlərin sayı artıb. Ağdaşlı idmançıların əsas hədəfi ölkə və dünya miqyaslı yarışlarda qələbə qazanaraq, qarşıdakı olimpiya oyunlarında iştirak etməkdir. Yerli yeniyetmə və gənclərin idmana marağının artmasını psixoloqlar müsbət hal kimi dəyərləndirirlər. Hesab edirlər ki, bu, onların pis vərdişlərdən və kriminogen işlərdən uzaq olmasına öz təsirini göstərir. Həkimlər uşaqların da idmana cəlb edilməsini vacib sayırlar. İdmanla məşğul olmaq onların sağlamlığına müsbət təsirini göstərəcək. Gözəl bədən quruluşu və sağlam orqanizmə sahib olmaq istəyənlərə mütəxəssislər idmanla məşğul olmağı tövsiyyə edirlər. Necə deyərlər, «Sağlam bədəndə sağlam ruh olar».

13:00 / 19.07.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 6168
Bu ay: 134790
Ümumi: 14269151
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın