/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Olimpiyaçılar yüksək səviyyədə yola salındı

Şriftin ölçüsü:  11px13px15px17px

Heydər Əliyev Mərkəzində 2012-ci il London 30-cu Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimi keçirilib. Mərasimdə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib. London 30-cu Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimində çıxış edən prezident İlham Əliyev idmançılarımızın ölkəmizi layiqincə təmsil edəcəyinə, vətənə qələbələrlə qayıdacaqlarına əminliyini vurğuladı. Dövlət başçısı bildirdi ki, idmanın inkişafı dövlət siyasətidir və bunun üçün konkret addımlar atılır. Bir sıra ölkələr bu sahədə Azərbaycanın təcrübəsini öyrənərək, tətbiq edirlər. Milli Olimpiya Komitəsinin prezidenti idmançılarımızın beynəlxalq, mötəbər yarışlarda Azərbaycan bayrağını dalğalandırmasını onların yüksək vətənpərvərliyi kimi qiymətləndirdi və bundan sonra da idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil edəcəyinə əminliyini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanın olimpiya komandasının tərkibində olan üzvlərin əksəriyyətinin ölkəmizi ilk dəfə olimpiya oyunlarında təmsil etməsini gənclərin idmana marağının təzahürü kimi dəyərləndirdi. “Qələbə əzmi bizdə yüksək səviyyədədir” deyən dövlət başçısı London Yay Olimpiya Oyunlarında idmançılarımızdan yüksək nəticələr və daha çox medal gözlənildiyini bidlirdi.
“İdmançılarımızın əsas təkanverici stimulu- vətən sevgisidir”, -deyən prezident İlham Əliyev bu müqəddəs hisslə Londona yollanan olimpiyaçılarımıza uğurlar arzuladı.
Qeyd edək ki, 30-cu Yay Olimpiya Oyunlarında idmançılarımız 53 lisenziya ilə 16 idman növü üzrə təmsil olunub. Sonda idmançılar dövlət bayrağını öpdülər. Prezident İlham Əliyev olimpiyaçılara ən xoş arzularını çatdırdı.

19:00 / 03.07.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 3848
Bu ay: 238753
Ümumi: 14373114
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın