/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Taekvando üzrə respublika turniri keçirilir

Şriftin ölçüsü:  11px13px15px17px

Bölgələrdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilən idman yarışları keçirilir. Lənkəranda uşaq, yeniyetmə və gənclərin taekvando üzrə ümumrespublika turnirinə start verilib. Yarışın təşkilatçıları və idmançılar milli lider Heydər Əliyevin xatirəsini mərkəzi meydandakı abidəsi önündə yad ediblər. Sonra Lənkəran Olimpiya İdman Kompleksində turnirin açılış mərasimi olub. Üç gün davam edəcək turnir Gənclər və İdman Nazirliyi, Təhsil İdman Mərkəzi və Azərbaycan Taekvando Federasiyasının təşkilatçılığı ilə reallaşıb. 4 ildir keçirilən turnirə bu il Türkiyədən olan taekvandoçular da qatılıb. Ümumilikdə, turnirdə ölkənin bütün rayonları daxil olmaqla, 48 komandada 457 idmançı iştirak edir. Yarışda 1997-2007 ci il təvəllüdlü oğlan və qızlar 26 çəki dərəcəsi üzrə qüvvələrini sınayacaqlar. Turnirdə fərqlənən idmançıların milli komandanın tərkibinə qatılmaq şanşları olacaq. Yarışın bir məqsədi də yeni, mübariz gənclərin aşkarlanmasıdır. Qaliblər mayın 6-da yekun turdan sonra bəlli olacaq. Qeyd edək ki, London olimpiyadasına lisenziya qazanan Ramin Əzizov da Lənkəran taekvando məktəbinin yetirməsidir. Bu gün o, qələbə üçün bir daha tatami üzərinə çıxacaq.

13:00 / 05.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 9222
Bu ay: 260685
Ümumi: 14395046
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın