
Bu gün İtaliyanın Lonato şəhərində stend atıcılığı üzrə dünya kubokuna start veriləcək. Yarışda ölkəmizi 3 idmançı təmsil edir. Qadılar arasında Sidney olimpiya oyunlarının qalibi Zemfira Meftihatdinova ölkəmizin idman şərəfini qoruyacaq. Kişilərin yarışında isə elvin ismailovla, Emin Cəfərov medallar uğruda mübarizə aparacaqlar. Əlavə edək ki London yay olimpiya oyunlarına vəsiqə əldə edə bilməyən Zemfira Meftihatdinova 4 illiyin zirvə yarışında iştirak etmək şansını itirməyib. Belə ki Gənclər və İdman Nazirliyinin şöbə müdürü Mirkamil Rəhimov yerli internet portalarranın birinə verdiyi müsahibədə ölkəmizin ən titullu stend atıcısının Beynəlxalq Atıcılığ Federasiyası tərəfindən vald kart alaraq London yay olimpiya oyunlarına qatılmasının mümkünlüyünü deyib. Xatırladaq ki, karyerasının ən böyük uğurunu Sidney olimpiya oyunlarında qazanan Zemfira Meftihatdinova həmin oyunlarada vald kartın sahəsində qatılmışdır.
13:00 / 02.05.2012