/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

«Naxçıvan open - 2012» beynəlxalq şahmat turnirinə start verilib

Şriftin ölçüsü:  11px13px15px17px

Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu il dönümünə həsr edilən «Naxçıvan - open – 2012» beynəlxalq şahmat turnirinə start verilib. Bu, Muxtar Respublikada milli liderin xatirəsinə həsr edilən sayca ikinci festivaldır. Şahmat üzrə beynəlxalq festialın açılış mərasimində qonaqlara Azərbaycanda şahmatın tarixi, bu günü və inkişafı ilə bağlı ətraflı məlumat verildi. Yerli sənətkarların konsert proqramı oldu. Daha sonra Naxçıvan Şahmat Mərkəzində yarış başladı. 192 şahmatçının qatıldığı yarış 9 turdan ibarət olacaq. Turnirdə Azərbaycandan 163 idmançı gücünü sınayır. Bunların 61-i Naxçıvandandır. Qalan 27 şahmatçı isə Gürcüstan, Rusiya, Belarus, Türkiyə, İran, Özbəkistan, Moldova və Belarusu təmsil edir. Bu ilki festivalda yeniliklər də var. Turnirin mükafat fondu 40 min ABŞ dollarıdır. Birinci yer üçün isə mükafatın məbləği 6 min ABŞ dollarına bərabərdir. Yarış mayın 7- nə qədər davam edəcək. Şahmatçılar boş vaxtlarında Naxçıvanın tarixi və görməli yerlərinə səyahət edəcəklər. İyun ayında Muxtar Respublika güləş və üzgücülük üzrə beynləxalq yarışlara da ev sahibliyi edəcək.

13:00 / 30.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 1705
Bu ay: 151446
Ümumi: 14285807
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın