/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Bolqarıstanın Plovdiv şəhərində kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı davam edir. Xatırladaq ki, mükafat fondu 100 min avro olan və dünya kubokuna seçmə xarakteri daşıyan yarışda ölkəmiz 11 şahmatçı ilə təmsil olunur. Ötən gün altınci turun oyunları keçirilib. Komandamızın heyətində Vasif Durarbeyli, Vüqar Rəsulov, Kənan İzzət qələbə qazanıblar. Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Qədir Hüseynov və Cahangir Ağarəhimov yarım xalla kifayətləndiyi halda, Rauf Məmmədov, Orxan Abdulov və Zaur Ocaqverdiyev masanı məğlub tərk ediblər. Hələlik təmsilçilərmiz arasında ən yüksək nəticə turnir cədvəlinin liderlərinə bir xal uduzan və 4 xalla 47-ci pillədə qərarlaşan Vasif Dürərbəyliyə məxsusdur. Reqlamentə əsasən, 11 turdan ibarət olan və martın 31-də yekunlaşacaq Avropa çempionatında ilk 23 yeri tutan şahmatçılar dünya kubokunda çıxış etmək hüququ qazanacaqlar. Bu gün turnirdə istirahət günüdür.

19:00 / 26.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 12551
Bu ay: 481257
Ümumi: 13305555
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın