/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

«Cəhənnəm sakinləri» yenidən səhnədə

Şriftin ölçüsü:  11px13px15px17px

Akademik Milli Dram Teatrında yazıçı Elçinin “Cəhənnəm sakinləri” tamaşası təqdim olunub. İki hissəli səhnə əsərinə tamaşaçı marağı böyük olub. Yazıçı Elçinin eyni adlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşcu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru isə Anar Sadıqovdur. Tamaşada Xalq artistləri Məleykə Əsədova, Nürəddin Mehdixanlı, Əməkdar artist Elşən Rüstəmov və digər aktyorlar rol alıblar. Tamaşadan öncə suallarımızı cavablandıran aktyor heyəti bu səhnə işində yer aldıqları üçün olduqca məmnun qaldıqlarını bildirdilər. “Cəhənnəm sakinlərin”ə həyat doğrudan da cəhənnəmə çevrilir. 1937-ci il repressiyalarından bəhs edən tamaşada insanlara qarşı həyata keçrilən təzyiq və təqiblər, ailədə ər və arvadı üz-üzə qoyur. Ailəyə təşrif buyuran çağrılmamış qonaq isə hadisələrin kuliminasiya nöqtəsi olur. Səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılır. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı onu daha da baxımlı edir. Akademik Milli Dram Teatrı yeni mövsümdə tamaşaçılar qarşısına yeni səhnə əsərləri ilə çıxmağa hazırlaşır. Bizə isə izləmək qalır.

Gülnar İlqarqızı

13:00 / 24.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 6014
Bu ay: 134636
Ümumi: 14268997
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın