
Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun “Şərq sonataları”ndan ibarət yaradıcılıq konserti keçirilib. Tədbir Bəstəkarlar İttifaqında gerçəkləşib. Öncə musiqiçinin həyat və yaradıcılıq fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Tofiq Bakıxanovun yaradıcılığı çoxşaxəli olub. Demək olar ki, bütün janrlarda əsərlər yaradıb. Bunun da əksəriyyətini instrumental əsərlər təşkil edib. Daha sonra əməkdar incəsənət xadimi Zemfira Qafarova “Şərq sonataları” haqqında məruzə ilə çıxış edib. Tədbir bəstəkarın “Şərq sonataları”ndan olan ifaları ilə davam etdrilib.
11:00 / 15.11.2017