/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Tofiq Quliyevin 100 illik yubleyi gecəsi keçirildi

Şriftin ölçüsü:  11px13px15px17px

Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti, dövlət mükaftı laureatı Tofiq Quliyevin 100 illik yubley gecəsi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yubley gecəsində iştirak edib.
Tədbir Heydər Əliyev Fondu tərəfindən prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illik yubleyinin keçirilməsi haqqında 2017-ci ildə imzaladığı sərəncama uyğun olaraq təşkil edilib. Yubley gecəsində öncə Heydər Əliyev Fondu tərəfindən hazırlanan və Tofiq Quliyevin yaradıcılığına həsr edilən «Musiqidə döyünən ürək»adlı multimedia toplusunun təqdimatı keçirildi. Layihənin rəhbəri Heydər Əliyev Fondunun icraçı dirnektoru Anar Ələkbərov, topluda Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında əvvəzsiz xidmətləri olan Tofiq Quliyevin yaradıcılığının geniş təhlil edildiyini və bəstəkar haqqında görkəmli şəxsiyyətlərin fikirlərinin yer aldığını bildirdi.
Təqdimat mərasimində o da vurğulandı ki, şəxsi və dövlət arxivlərinin materialları əsasında hazırlanan toplu Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında kitab albomdan, bəstəkarın bəddi filimlər üçün mahnıları, fortepiano üçün əsərləri, indiyədək səslənməmiş sinfonik orkestr üçün əsərlərindən ibarət dörd cildlik not kitabları, 212 əsəri özündə cəmləşdirən fleş-kart dəstindən ibarətdir. Bildirildi ki, bu toplu Tofiq Quliyevin zəngin irsinin öyrənilməsi, milli mədəni dəyərlərimizin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə ötürülməsi işinə töhvə olacaq. Mərasimə qatılanlar da Tofiq Quliyeviin nə qədər ki, Azərbaycan var, Tofiq Quliyevin əsərlərinin də yaşayacağını bildirdilər. Daha sonra Heydər Əliyev Mərkəzinin auditorium zalında təntənəli mərasim başladı. Mərasimə Heydər Əliyev Fonudunun vitse prezidenti Leyla Əliyeva da qatıldı. Dahi bəstəkarın oğlu kinorejissor və senarist, xalq artisti Eldar Quliyev və qızı, yubley konsertinin bədii rəhbəri Lalə Quliyeva çıxış edərək Tofiq Quliyevin 100 ilik yubleyinin təntənəli keçirilməsinə görə dövlət başçısı və Heydər Əliyev Fondunun prezidenti mehriban əliyevaya öz minnətdarlığlarını bildirdilər. Sonra xalq artistinin ömür yolundan və yaradıcılığından bəhs edən qısametrajlı filim nümayiş etdirildi. Konsert proqramında bəstəkarın müəllifi olduğu mahnılar, kinofilimlərə yazdığı instrumental musiqilər, caz musiqiləri, sinfonik orkestr üçün əsərləri ifa olundu. Yubley gecəsində Tofiq Quliyevin məhşur, dillər əzbəri olan mahnıları ilə yanaşı, uzun müddətdir səslənməyən konpozisiyaları da təqdim edildi.

13:00 / 08.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 1128
Bu ay: 307806
Ümumi: 13797422
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın