/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

M.A.P Baki İncəsənət Festivalına yekun vurulub

Şriftin ölçüsü:  11px13px15px17px

Noyabrın birindən start götürən ilk MAP Bakı İncəsənət Festivalının bağlanış mərasimi olub. Tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında gerçəkləşib. Festivalın sonuncu günündə rusiyalı sənətçilər çıxış ediblər.
“Noviy balet“ teatrı tamaşaçılar üçün bir gündə üç balet nümayiş etdirdi. “ Sovrulanlar “, “ Çevrilmə “ və “ Balero“. Hər biri də özünün texnikası və quruluşuna görə fərqlənirdi.
Bütün zamanlarda insanlar küləyə ilahi bir güc kimi yanaşıblar hətta rəvayətlərdə, külək ayrı-ayrı tanrıların obrazlarında çıxış edir. Elə “ sovrulanlar “ baleti də bundan bəhs edir. “Çevrilmə” də isə fantastik abu hava yaşandı. Səhnədə baş qəhrəmanın yaşadığı anlaşılmaz, dramatik alın yazısından bəhs olundu. “Boleronun” hər bır notu, balet artistlərinə bu ecazkar musiqinin duyğularını və qüdrətini ötürməyə vadar edir. “Yarat” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə ilk dəfə keçirilən festivalın məqsədi insanları dünya teatrları ilə daha yaxın tanış etməkdir. Bakı İncəsənət Festivalı tamaşaçıların müasir dramaturgiya, teatr, musiqi və kino sahəsində yeni cərəyanlar və ideyalar ilə tanış ola biləcəkləri bir məkandır. Beləliklə noyabrın 1-dən 6-dək davam edən festival maraqlı proqramla yekunlaşdı.

13:00 / 07.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 3414
Bu ay: 472120
Ümumi: 13296418
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın