/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

“Ulduzlar toplusu” sərgisinin açılışı olub

Şriftin ölçüsü:  11px13px15px17px

Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının əsərlərindən ibarət “ulduzlar toplusu” sərgisinin açılışı olub. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Tədbir Çindən gələn rəqs qrupunun milli rəqsləri təqdim etməsi ilə başladı. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov mərkəzin ənənəvi olaraq layihələr həyata keçirməsindən söhbət açdı, budəfəki layihənin müasir Çin incəsənətinə həsr edildiyini bildirdi. Bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusilə Çinin Azərbaycandakı səfiri Vey Cinhuaya və səfirliyin əməkdaşlarına təşəkkür etdi. Məlkmat verdi ki, mərkəzdə 20 rəssamın və heykəltəraşın 40-dək əsəri təqdim edilir. “Sərgidə yer alan əsərlərin hər biri nadirliyi ilə fərqlənir. Biz uzun müddətdir ki, Heydər Əliyev Mərkəzində qonaqlarımızı Çin incəsənəti ilə tanış etməyi arzu edirdik. Nəhayət, bu imkan yarandı”.
“Bu bina nəinki gözəl memarlığı baxımından, həm də burada təşkil edilən sərgilərin keyfiyyəti baxımından bütün dünyada artan nüfuzu ilə seçilir” bu sözləri isə kolleksiyaçı Con Dodeland dedi. “Artıq bir neçə ildir ki, mən yeni nəsil çin rəssamlarına dəstək verirəm. Burada olmağımızı, bu sərgini təqdim etmək imkanımızı yüksək dəyərləndirirəm. Həmin rəssamlar öz zəmanəsinin ən istedadlı və yenilikçi rəssamları sırasındadırlar”. Sərginin Kuratoru Ami barakla xüsusi əməkdaşlıq etdiyini diqqətə çatdıran kolleksiyaçı onu da vurğuladı ki, sərhədsiz incəsənətlə bağlı eyni duyğu ətrafında müxtəlif insanları bir araya gətirmək mümkündür. O vurğuladı ki, bu sərgi vasitəsilə Şanxay, Pekin və Bakı arasında bir çox əməkdaşlıq formalarının əsası qoyulacaq.
Layihənin kuratoru Fransada və digər ölkələrdə bir sıra sərgilərin təşkilatçısı olan Ami Barak, Heydər Əliyev Mərkəzində olmaqdan məmnunluq hissi duyduğunu bildirdi. “Əslində bu sərgi bizim böyük layihəmizin bir hissəsidir. Biz olduqca istedadlı, zəngin biliyi olan bacarıqlı rəssamların əsərlərini təqdim edirik”….. Daha sonra sərginin açılış mərasimi oldu.
“Ulduzlar toplusu” sərgisi müasir Çin incəsənəti, bu ölkənin mədəniyyətindəki yeni çalarlarla yaxından tanışlıq imkanı yaradır. Ekspozisiya Heydər Əliyev Mərkəzində 2018-ci il fevralın 1-dək davam edəcək.

11:00 / 07.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 13196
Bu ay: 504116
Ümumi: 16297358
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın