/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

“Xəmsə” özbək dilinə tərcümə olunub

Şriftin ölçüsü:  11px13px15px17px

Özbəkistan Milli Kitabxanasında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunan “Xəmsə” əsərinin təqdimatı keçirilib. Xəmsə, özbəkıstanlı şair- tərcüməçi Olimcan Buriyev tərəfindən özbək dilinə tərcümə olunub.
Kitab Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə daşkənddəki "İstiqlol Nuri" nəşriyyatında çap edilib. Nəşrin redaktoru və ön sözün müəllifi akademik Aziz Kayumovdur. Təqdimat mərasimində tanınmış nizamişünas alimlər, elm-ədəbiyyat xadimləri, tələbələr, jurnalistlər iştirak ediblər. Özbəkistan Milli Kitabxanasının direktoru Əlişer Abduəzizov Azərbaycan torpağının yetişdirdiyi və bəşər mədəniyyəti, ədəbiyyatını öz əsərləri ilə zinətləndirən, şərqin ən böyük mütəfəkkiri Nizami Gəncəvinin irsinin təbliğinin vacib olduğunu qeyd etdi. Nizami Gəncəvinin əsərləri Özbəkistan tarixində ilk dəfə tərcümə olunub və bu istiqamətdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti yüksək qiymətləndiririlir. Natiq, Nizami Gəncəvi xatirəsinin Özbəkistanda da əbədiləşdirildiyini, Daşkənd Dövlət Pedaqoji Universitetinin dahi şairin adını daşıdığını və 2004-cü ildə Daşkənddə Nizami Gəncəvinin büstünün açılışı olduğunu qeyd etdi. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvinin yaradıcılığı haqqında danışaraq onun təkrarsız incilər yaratdığını və şairin yaradıcılığına Özbəkistanda da böyük maraq olduğunu vurğuladı. Diplomat Nizaminin yaratdığı beş əsərin “Xəmsə”nin dünya ədəbiyyatının inciləri sırasına daxil olduğunu qeyd edərək, nizami irsinin təbliği məqsədi ilə rəhbərlik etdiyi mədəniyyət mərkəzi tərəfindən həyata keçirilən işlərdən danışdı. Çıxışlardan sonra gənclər arasında nizami yaradıcılığına dair müsabiqə keçirildi, qaliblərə xəmsə kitabı hədiyyə edildi. Sonda Nizami yaradıcılığına dair sənədli film nümayiş olundu.

Aynurə Vəliqızı

09:00 / 06.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 15276
Bu ay: 512830
Ümumi: 12039598
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın