/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Gənc fotoqrafın “Ovqat” adlı sərgisi keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

Fotoqraf Gülşən Qasımzadənin “Ovqat” adlı sərgisi keçirilib. Milli İncəsənət Mərkəzində gerçəkləşən nümayişdə, sənətsevərlər bir araya gəliblər. 2004-cü ildən bədii foto sənəti ilə məğul olan fotoqraf Gülşən Qasımzadə uzun illərdir ki, bu sahənin dərinliklərini öyrənir. Bədii təsvirlərin, poretretlərin yer aldığı sərgidə 30-dan çox fotoşəkil sənətsevərlərin ixtiyarına verildi. Azərbaycan və onun sərhədlərindən kənarda çəkilən fotolar müxtəlif mövzuları əhatə edir. “Ovqat” adı altında toplanan ekspozisyadakı fotolarda, insanların və onların həyatının müxtəlif anları əks olunub.
Ana və övlad münasibətləri, gəncliyindən uzaq düşən insanların taleyi, doğma yuvasını itirən insanların ümüidsiz anları, eləcə də sevincin kədərlə vəhdəti, ağ-qara və rəngli fotolarda özünəməxsus şəkildə əksini tapıb. Bundan başqa fotoqrafın əsərlərinin qayələrindən biri də uşaqlarla bağlıdır. Onun “Yaddaş”, “Ümid”, “İtirilmiş zaman” “Əzablı yollar” “məhəbbət” və digər əsərləri gələn qoanqları sozün əsl mənasında müxtəlif ovqatlara köklədi. Qeyd edək ki, bu, Gülşən Qasımzadənin 3-cü sərgsidir. Bundan öncə o, ölkə hüdüdlarından kənarda da müxtəlif sərgilərlə çıxış edib.

Günel Səfərli

09:00 / 06.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 12377
Bu ay: 181532
Ümumi: 14315893
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın