/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Yaponyalı musiqiçilər Bakı səhnəsində

Şriftin ölçüsü:  11px13px15px17px

Paytaxtımızda ənənəvi yapon musiqisi konserti keçirilib. Tədbir Azərbaycan Milli Konservatoriyasında gerçəkləşib. Konsert Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutdu. Əvvəlcə iki ölkə arasında mədəni əlaqələr və bu istiqamətdə görülən işlər barədə məlumat verildi. Layihənin musiqi mədəniyyətinin qarşılıqlı inkişafına və təbliğinə də müsbət təsir edəcəyi bildirildi. Daha sonra yaponiyalı musiqiçilərin ifaları səsləndirildi. Simli musiqi alətləri, yapon bambuq fleytası və zərb alətlərində təqdim edilən musiqilər maraqla qarşılandı.
Təbii ki bu, ənənəvi yapon musiqisini dinləmək və yapon mədəniyyəti ilə tanış olmaq üçün gözəl bir şansdır. Odur ki, böyük marağı nəzərə alan təşkilatçılar, növbəti konsert proqramlarına hazırlaşırlar.
Aysel Nəbiyeva

13:00 / 03.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 15029
Bu ay: 512583
Ümumi: 12039351
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın