/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

23 yaşlı dahinin doğum günüdür

Şriftin ölçüsü:  11px13px15px17px

Asəf Zeynallı... 23 yaşında dünyadan köçsə də, indi də adını çəkəndə milli musiqi dünyamız onu ehtiramla anır. Bu gün görkəmli bəstəkarın anım günüdür. Asəf Zeynallı Üzeyir Hacıbəyov kimi bir dahinin əlindən su içib. Yəni təkcə Üzeyir Bəyin yanında olmaq belə ona 23 ilik həyat yoluna böyük bir yaradıcılıq sığdırmağa kifayət edib. Asəf Zeynallı özü isə musiqi dünyamıza Tofiq Quliyev və Qara Qarayev kimi dahilər qazandırıb.
Dərbəndə dünyaya göz açan bəstəkar adını tarixə ilk romansların müəllifi kimi həkk edib. Onun bəstələdıyı «Ölkəm» romansı bu gün də dıllər əzbərıdır. Görkəmli bəstəkarın milli musiqimizə bəxş etdiyi töhvələr xalq tərəfindən hər zaman yüksək qiymətləndirilib. Bu baxımdan Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən musiqi kollecində dahi bəstəkarın heykəlinin ucaldılması buna növbəti sübutdur. Asəf Zeynallı cəmi 23 yaşında həyatının və həmçinin yaradıcılığının bahar fəslində yoluxduğu bir xəstəlikdən vəfat edib.

Sevda Bayramova

11:00 / 27.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 17206
Bu ay: 307191
Ümumi: 14441552
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın