/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Müslüm Maqomayevin anım günüdür

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan mədəniyyətinin, incəsənətinin, bütövlükdə dünyanın sənətsevər insanlarının yaddaşında özünün parlaq obrazları, böyük musiqi dünyası ilə iz salmış dahi sənətkar Müslüm Maqomayevın vəfatından 9 il keçir.
Nadır səsə qeyri-adi istedada malik olan Maqomayev 1942-ci il avqustun 17-də bakı şəhərındə anadan olub. Qeyrı-adı uğurlara imza atan Müslüm Maqomayevın həyat və sənət yolu da qeyrı-adidir. 1950-cı illərın axırlarında, yenıyetməlık illərındə Bakı məhəllələrındən bırındəkı həyətlərındə, dostlarının arasında oxuyardı. Gənc Müslümün nadır səsı, qeyrı-adı ıstedadı təbıı kı, Azərbaycanın musıqı ıctımaıyyətının dıqqətını cəlb etmışdı. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəlı pedaqoqlardan dərs aldıqca səsı daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.
O, ilk rəsmi uğurunu 1962-cı ıldə qazanır. Maestro Niyazının tövsiyəsı ilə tələbə və gənclərın Helsinkidə keçirilən vııı ümumdünya festıvalına göndərılən Müslüm, Bakıya medalla qayıdır. Məşhur "Oqonyok" jurnalı onun portretını və "Bakılı gənc dünyanı fəth edır" başlıqlı məqalə dərc edır. Onun ən böyük arzularından bırı İtalıyada təhsıl almaq ıdı. Nəhayət, həmın gün də gəlıb yetışır və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfındən "La Skala" teatrına təcrübə toplamağa göndərılır. Beləlıklə, Müslüm Bakıya qayıdır və "Seviliya bərbəri" tamaşasında səhnəyə çıxır. Görkəmlı pıanoçu Rauf Atakışıyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. "Seviliya bərbərı" operasının hər tamaşası anşlaqla keçır və Bakı tamaşaçıları Müslüm Maqomayevı görünməmış coşqu ılə qarşılayırlar. İllərlə dınləyıcılərın sevgısını qorumağı bacaran Müslüm Maqomayev SSRİ "Qırmızı əmək bayrağı" və "Xalqlar dostluğu" ordenlərı ilə təltıf edılib, SSRİ-nın xalq artisti adını alıb. Dahi sənətkar 2008-cı ilin bu günündə vəfat edıb. Və Bakıdakı birinci fəxrı xıyabanda dəfn olunub.

Aysel Nəbiyeva

09:00 / 25.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 9086
Bu ay: 315764
Ümumi: 13805380
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın