/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Caz festivalında Azərbaycan gecəsi

Şriftin ölçüsü:  11px13px15px17px

XII Beynəlxalq Bakı Caz Festivalı davam edir. Bu günlər ərzində maraqlı layihələr və bir çox məşhurlar ölkəmizin qonaqları olublar. Bu günlərdə ölkəmizdə cazsevərlər üçün əsl bayram abu havası yaşanır. Festivalın növbəti günündə isə caz musiqisində özünəməxsus ifası ilə seçilən Təranə Mahmudova iştirak etdi. O səhnədə etno caz janrında həmçinin də dünyaca məşhur caz əsərlərini böyük ustalıqla səsləndirdi. 12-ci Beynəlxalq Caz Festivalında ölkəmizi təmsil edən yeganə solist məhz Təranə Mahmudovadır.
Gecədə Rafiq Babayevi səverlər, Azərbaycan cazının vurğunu olanlar bir araya gəldilər. Konsert proqramı görkəmli sənətkarın anadan olmasının 80- illiyinə həsr olundu.
Gecədə yerli gənc caz ifaçıları öz istedadlarını nümayiş etdirdilər. Elə bakı caz festivalı da gənc ifaçılarının bacarıqlarının üzə çıxartmağa hesablanıb.
Xoş məqamlarla yaddaşlarda həkk olunan gecədə rəssam Vüqar Əlinin çəkdiyi görkəmli sənətkar Rafiq Babayevin portreti də sərgiləndi. Bu hadisə Rafiq Babayev yaradıcılığı ilə yaxından maraqlananlar üçün əsl sürpriz oldu. Çünki sözügedən əsər hərraca da çıxarıldı. Məlumat üçün isə bildirək ki, caz festivalı çərçivəsində nümayiş olunan əl işləri Baki Jazz Festivalının arxivində qorunub saxlanılır.
Sevda Bayramova

13:00 / 24.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 8398
Bu ay: 315076
Ümumi: 13804692
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın