/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Gənc rəssam Bəhruz Kəngərlinin sərgisi açılıb

Şriftin ölçüsü:  11px13px15px17px

Qız Qalası Rəsm Qalereyasında gənc və istedadlı rəssam Bəhruz Kəngərlinin “Rhythm of jazz“ adlı sərgisi fəaliyyətə başlayıb. Ekspozisiyanın açılışında mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, rəssamlar iştirak ediblər.
Sərgi məhz «Baki 2017 jazz festivalı» ərəfəsində gerçəkləşir. Bu isə təsadüfü deyil, çünki gənc rəssamın hər bir əl işində gözəl jazzın sehrini və ahəngini hiss etmək olar.
Bütün musiqi janrlarının içərisində yalnız caz fenomen olan improvizasiyalara, musiqi düşüncələrini sərbəst ifadə etməyə təkan verir. Caz xüsusi bir musiqidir və bu janrın ölkəmizdə pərəstişkarları kifayət qədərdir.
Ekspozisiyada rəssamın 25 əsəri nümayiş olunur. Müəllif, düz altı ay bax bu cür gözəl sərgini təşkil etməklə məşğul olub. Onun əsas istəyi isə caz musiqisini inkişaf etdirib, onu hər zaman aktual qalmasına təkan verməkdir. Bəhruz Kəngərlinin rəsmləri rənglərin təntənəsidir... Hər bir əsəri tamaşaçıyla sanki ünsiyyət qurur.
Gənc rəssamın əsərləri hərtərəfli və cəlbedicidir. Buna görə də onun qeyri adi üslubu ilə tanış olan tamaşaçılar bura yenidən qayıtmaq istəyir. “Qız qalası“ rəsm qalereyasında keçirilən sərgi oktyabrın 28-dək davam edəcək. Əminliklə demək olar ki, sənətsevərlər Bəhruz Kəngərlinin sərgisini ziyarət etməklə caz musiqisini hiss edib ona bir daha məftun olacaqlar.
Sevda Bayramova

13:00 / 20.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 1496
Bu ay: 308174
Ümumi: 13797790
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın