/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün xalq artisti, gözəl səs sahibi, mərhum Şövkət Ələkbərovanın doğum günüdür. Xanım müğənni 1922-ci ildə Bakıda anadan olub. 70 yaşında vəfat edən sənətkarımızın həyat və yaradıcılığına qısa nəzər salınıb.
Xalq və bəstəkar mahnılarının mahir ifaçısı, sehirli səs sahibi, xanım-xatın müğənnilərimizdən olan Şövkət Ələkbərovanın vəfatından illər ötsə də, onun sənəti, yaradıcılığı bu gün də yaşayır. Gənclər onun mahnılarına sevə-sevə müraciət edirlər. İncəsənətə erkən yaşlarından qədəm qoyan Şövkət Ələkbərova Asəf Zeynallı adına musiqi məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. Bununla da uğurları bir-birini əvəzləyib. Şövkət Ələkbərova istər muğam olsun, istər xalq, estrada mahnıları ... Bütün bunları yaxşı bilir və onların hər biri şövkət xanımın ifasında əbədiyaşarlıq qazanırdı.
1938-1945- ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən isə Azərbaycan Dövlət Fılarmonıyasının solıstı kimi fəaliyyət göstərib. Şövkət Ələkbərovanın ifasında sevilən mahnılar bu gün də öz məşhurluğunu qoruyub-saxlayır: “Axşam”, “Ayırılıq”, “Dərələr”, “Bir könül sındırmışam”, “Tez gəl” kimi mahnılar bu qəbildəndir.
Azərbaycan mədəniyyətində, incəsənətində, ifaçılıq sənətində Şövkət Ələkbərova adı hər zaman xüsusi qeyd olunur. Onu yad etmək üçün xüsusi bir günə ehtiyac yoxdur, çünki mahnıları ifa olunduqca, şövkət xanım da hər dəfə yad olunur, xatırlanır.
Gülnar İlqarqızı

09:00 / 20.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 2185
Bu ay: 514701
Ümumi: 13338999
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın