/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Heydər Əliyev Mərkəzində “Modernizm və moda” sərgisinin açılış mərasimi olub

Şriftin ölçüsü:  11px13px15px17px

Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında 1960-cı illərin geyim və bəzək əşyalarından ibarət “Modernizm və moda” sərgisinin açılış mərasimi olub. Birinci vitse-prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib. Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov mərkəzin artıq beynəlxalq sərgilərin keçirildiyi məkana çevrildiyini qeyd etdi. Diqqətə çatdırdı ki, 2017-ci il Heydər Əliyev Mərkəzi üçün çox əhəmiyyətli bir ildir. 2012-ci ildə Azərbaycan prezidentinin iştirakı ilə Heydər Əliyev Mərkəzinin açılışı olub və qonaqlarımızın sayı günbəgün artır. Bu illər ərzində Heydər Əliyev Mərkəzinə artıq bir milyondan çox ziyarətçi gəlib. Bu da onu deməyə əsas verir ki, mərkəzin seçdiyi mövzular, təqdim etdiyi sərgilər həm şəhərin qonaqları, həm də sakinlər tərəfindən yüksək qiymətləndirilir. Anar ələkbərov bu cür sərgilərin təşkilində, ümumiyyətlə, heydər əliyev mərkəzinin fəaliyyətində və burada keçirilən tədbirlərə göstərilən dəstəyə görə birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirdi. Biz artıq bir neçə dəfə Heydər Əliyev Fondunun dəstəyi ilə moda mövzusuna müraciət etmişik. Mərkəzdə İtalyan modelyer Renato Balestranın Azərbaycan ornamentlərindən ibarət moda şousu keçirilib. Eyni zamanda, 2015-ci ildə Monako şahzadəsi qreys kellinin zinət əşyaları, şəxsi geyim nümunələri, ilk dəfə Azərbaycanda təqdim olunan avtomobil kolleksiyası “Qreys kelli: şahzadə və stil ikonası” sərgisində nümayiş etdirilib”. “Modernizm və moda” sərgisi haqqında danısan mərkəzin direktoru qeyd etdi ki, sərgi yeddi ay ərzində hazırlanıb. Anar Ələkbərov sərgidə təqdim olunan kolleksiyanın rəhbəri Aleksandr Vasilyevə və Kurator Kirill qasilinə, eləcə də sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib. Açılış mərasimində çıxış edən aleksandr vasilyev bakıya səfərinin böyük xoşbəxtlik olduğunu vurğuladı: “Günəşli gündür, dost simalar görürəm. Bütün bunlar uğurdan xəbər verir. Mən, ilk növbədə, Heydər Əliyev Mərkəzinə kolleksiyamı nümayiş etdirməyə imkan yaratdığı üçün təşəkkür edirəm. Bugünkü sərginin mövzusu onunla şərtlənib ki, biz sizinlə nadir memarlıq nümunəsi olan binadayıq. Böyük memar tərəfindən layihələndirilmiş bu bina hələ 2014-cü ildə dünyanın ən gözəl binası kimi qəbul edilib. Bu nadir məkanda olmaq, işləmək, sərgi təqdim etmək bizim üçün şərəfdir. Bu sərginin ekspozisiyası 40 il ərzində toplanıb. Biz müxtəlif ölkələrə, o cümlədən Avstraliyaya, Yaponiyaya, Çinə, Türkiyəyə, Fransaya, İtaliyaya, İsveçrəyə, Litvaya, Latviyaya, Estoniyaya, Rusiyaya, Cənubi Amerika ölkələrinə və digər ölkələrə bu sərgi ilə bağlı səyahət etmişik. Mən bu sərginin təşkilinə görə böyük imkan yaradıldığı üçün Heydər Əliyev Fonduna təşəkkür edirəm. Bizim digər sərgilər də təşkil etmək planımız var. Altı aydan sonra sizə daha maraqlı bir sərgi göstərməyi planlaşdırırıq. Aleksandr vasilyev diqqətə çatdırdı ki, bu, həm də maarifləndirici sərgidir. Bu nümayiş azərbaycanın dizaynerlərini, rəssamlarını, rejissorlarını, aktyorlarını, yazıçılarını, bir sözlə, o illərin ruhuna nüfuz etmək istəyən hər kəsi məlumatlandıracaq. Axı moda həm də tətbiqi sənətin bir hissəsidir. Bu, təkcə kommersiya deyil, həm də yüksək mədəniyyətdir. Möhtəşəm arxitekturaya, harmonik atmosferə, parlaq yaranma tarixinə sahib olan bina statusunda heydər əliyev mərkəzinə “Stil meyarı” nominasiyasında “Aleksandr Vasilyev zanbaqları” mükafatı təqdim olundu. Aleksandr vasilyev tərəfindən təqdim edilən mükafat keramikadan hazırlanmış “Zanbaq” əsərindən ibarətdir. Anar Ələkbərov isə mərkəzin adından qonağa xıx əsrin sonları - xx əsrin əvvəllərinə aid Azərbaycan milli qadın geyimini təqdim etdi. Sonra sərginin açılışı oldu, Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən bu sərgi Bakıda ilk dəfə nümayiş olunur. Ekspozisiyada Aleksandr Vasilyev Fondunun nadir kolleksiyasından xx əsrin 60-cı illərinə aid 100 geyim nümunəsi və 350 aksesuar təqdim edilir. Aleksandr vasilyev kolleksiyaçı, moda tarixçisi, interyer dekorasiyaçısı, teatr rəssamı, dəb sahəsində bir sıra məqalə və kitabların müəllifi, sənətşünas, televiziya proqramlarının aparıcısıdır. Onun 40 ilə yaxındır ki, topladığı kolleksiyada xvıı əsrdən müasir dövrədək müddəti əhatə edən 50 min eksponat var. Müxtəlif ölkələrdən əldə olunan eksponatlar arasında öz dövrlərinin ən yaxşı atelyelərində hazırlanan yüksək dəb şedevrləri yer alıb. Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi 2018-ci il aprelin 5-dək davam edəcək.

19:00 / 07.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 9250
Bu ay: 260713
Ümumi: 14395074
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın