/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Xalq artisti Nürəddin Mehdixanlının doğum günüdür

Şriftin ölçüsü:  11px13px15px17px

“Teatr bir millətin milli sərvətidir, milli sərvəti qoruyub saxlayanlar isə teatrın fədailərdir». 6 oktyabr belə sənətkarlardan biri, seviiən aktyor, xalq artistimiz Nürəddin Mehdixanlının doğum günüdür. Azərbaycan səhnəsində bir-birindən maraqlı obrazlar yaradan sənətkar, teatr aləmində öz möhrünü vuranlar cərgəsində ilk pillələrdə dayanır. Müxbirimiz günel səfərli sənətkarla elə ona doğma olan məkanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında həmsöhbət olub.
Hələ gəncliyindən Azərbaycan səhnəsində yaddaqalan rollarla tamaşaçıların rəğbətini qazanıb Nürəddin Mehdixanlı. Bənzərsiz səs tembiri, səhnə görünüşü onu fərqli aktyor kimi insanlara qəbul etdirib. İlk baş rolunu İlyas Əfəndiyevin “Unuda bilmirəm” tamaşasındakı Kamran obrazı ilə ifa etsə də, illər ötdükcə onun obrazlar xəzinəsi daha da zənginləşir. Hətta “Kamran” obrazına görə ona bəzən bu adla da müraciət ediblər. Bütün bunlara rəğmən o özünü Azərbaycan mədəniyyətində elə Nürəddin Mehdixanlı kimi təsdiqləyib.
Səhnədə özünəməxsus improvizələr yaradan xalq artisti, bəzən sadəcə baxışları ilə də tamaşaçını özünə inandırır. Oynadığı mürəkkəb, bəzən də mənfi xarakterlı obrazlar onun daxili ruhunun göstəricisi deyil. Bu bir aktyor peşəkarlığıdır. Həmçinin müsbət rolların mahir ifaçısı kimi də tanıdığımız nürəddin mehdixanlı ona doğma olan teatrı məbəd adlandırır. İllərdir çalışdığı, ömrünü bura hərs etdiyi doğma teatrın səhnəsində bu gün də maraqlı obrazlar yaradır və hələ uzun illər yaratmaq əzmindədir. Sanki səhnə üçün doğulan Nürəddin Mehdixanlı 61 illik ömrünün 42 ilini səhnəyə, aktyor sənətinə həsr edib. 2000-ci ildə Azərbaycan Respublikasının «Əməkdar artisti», 2002-ci ildə isə «Xalq artisti» adına layiq görülüb, prezident təqaüdçüsüdür. Deyır kı, əsl aktyor səhnədə rejissorun sadəcə icraedici qüvvəsi kimi olmalı deyil, əksinə rolu oynadıqca müəllifə, rejissora eləcə də tamaşaçıya onun görmədiklərini çatdırmaqdır. Böyük və müqəddəs sənətlə yaşayan xalq artisti Nürəddin Mehdixanlı dövrünün böyük sənətkarlarının əlindən su içdiyini bu gün də deyir. Özünü yalnız səhnəyə həsr edən xalq artisti ona verilən ömrü elə teatra, tamaşaçılarına həsr edəcəyini xüsüsi vurğulayır. Onun üçün bu sənət aləmi sanki ən böyük zirvədir. Və bu zirvəni fəth eləmək üçün özünə ömür arzu edir nürəddin mehdixanlı. O hələ bundan sonra da onu sevən tamaşçılarını, sevənlərni, teatra gələnləri yeni tamaşalarla qarşılamağı düşünür. Bu gözəl arzuya, biz də qoşulur, 61 yaşlı sənətkara sağlıq və yaradıcılıq uğurları arzu edırık.
Günel Səfərli

09:00 / 06.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 6223
Bu ay: 134845
Ümumi: 14269206
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın