/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində tədbir keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib. Mədəniyyət mərkəzinin direktoru Leyla Qasımova Azərbaycan ilə Avstriya arasında əlaqələrin qədim tarixə malik olduğunu bildirib. Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki ölkə arasında müxtəlif sahələrdə yüksək səviyyədə əlaqələr qurulduğunu diqqətə çatdıran Leyla Qasımova, bu əlaqələrin möhkəmlənməsində milli lider Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin, eləcə də Avstriya prezidentləri Tomas Klestil və Haynts Fişerin xüsusi rol oynadıqlarını qeyd edib. Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında ölkələr arasında son 25 ildə siyasi, iqtisadi və mədəni sahələrdə mühüm irəliləyişlərin əldə olunduğunu vurbulayıb. Tədbirin bədii hissəsində beynəlxalq müsabiqələr laureati Əyyub Quliyevin dirijorluğu ilə Vyana Kamera Orkestri çıxış edib. Konsertdə gənc Azərbaycan musiqiçiləri, beynəlxalq müsabiqələr laureatları Aytac Şıxəliyeva və Abuzər Manafzadənin çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Konsertdə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Vaqif Mustafazadə, Edvard Qriq, Volfqanq Amadeus Motsart və digər bəstəkarların əsərləri səsləndirilib.

21:00 / 05.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 1920
Bu ay: 151661
Ümumi: 14286022
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın