/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

İstedadlı qadınların əl işlərindən ibarət sərgi təşkil olunub

Şriftin ölçüsü:  11px13px15px17px

Naxçıvanda fiziki imkanları məhdud və istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış təşkil edilib. Tədbir ali məclis sədri yanında bilik fondu, Muxtar Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə keçirilib.
Satış-sərgidən əvvəl Naxçıvanda son illər qadınlara yaradılan şəraitdən, oların ictimai və sosial həyat rollarından danışıldı. Vurğulandı ki, Muxtar Respublikada 3844-i fiziki, 48-i hüquqi şəxs olmaqla 3892 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bundan başqa onlar müxtəlif sahələrdə dövlət işlərində çalşırlar. Sonra isə sərgiyə baxış oldu. Burda müxtəlif istiqamətləri təmsil edən yaradıcı işlər nüayiş olunurdu. Toxuma, tikmə, rəsm əsərləri, dekorativ tətbiqi sənət nümunələri əsl qadın zövqü ilə hazırlanmışdı. Hətta daşlardan yonulan kiçik süvenirlər də vardı. Bu sərgi təkcə sənət əsərlərinin nümayişi deyildi, həm də qadınların bir-birinin yaradıcılığını daha yaxından izləməsi üçün fürsət idi.
Cari ildə keçirilən bu cür aksiyalarda 220 istedadlı qadının 5919 manat dəyərində 903 rəsm və əl işi satılaraq onlara ödənilib. Digər tərəfdən belə tədbirlər milli dəyərlərimizin geniş təbliğinə imkan yaradır. Bu sərgidə Muxtar Respublikanın bütün rayonları üzrə 269 istedadlı qadının 2006 rəsm və əl işi çıxarılıb. Bunların sırasına muncuqla, kağızla, üzərriklə işləmələr, taxta və gips üzərində oyma, yağlı və sulu boya rəsmləri, həmçinin dekorativ sənət nümuləri daxildir.
Səməd Canbaxşıyev

13:00 / 02.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 2073
Bu ay: 151814
Ümumi: 14286175
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın