/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Üzeyir Hacıbəylinin 132-ci doğum günüdür

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan musiqisinə böyük töhfələr verən görkəmli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəylinin 132-ci doğum günüdür. 18 sentyabr tarixi ölkəmizdə milli musiqi günü kimi qeyd olunur. Böyük sənətkarın doğum gününün bayram kimi qeyd olunması ənənəsinin əsasını maestro Niyazi qoyub. O, görkəmli bəstəkar və dirijor Üzeyir bəyin vəfatından sonra hər il 18 sentyabrı bayram kimi qeyd edərdi. İllər ötdükcə bu ənənə halını aldı. 1995-ci ildə bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində isə milli lider Heydər Əliyevin fərmanı ilə 18 sentyabrın milli musiqi günü kimi təqvimə salındı. 1908-ci ildə səhnələşdirilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün Şərq dünyasında opera sənətinin təməli qoyuldu. Üzeyir Hacıbəyli həm də milli musiqimizin şah əsəri olan “Koroğlu” operasının müəllifidir. Dahi bəstəkar musiqi istedadı ilə yanaşı iti qələmə da sahib olub. Üzeyir bəy bir çox felyetonların müəllifidir. Onun kitabları və bir sıra başqa əşyaları hazırda Bakıdakı ev muzeyində nümayiş olunur. Üzeyir bəyin adı çəkildikdə ağla ilk gələn heç şübhəsiz ki, dövlət himnimizdir. Uşaqdan böyüyə dillər əzbəri olan bu əsər qüdrətli bəstəkarın şedevrlərindəndir. Bu gün dünyada rok, pop, caz, estrada, rep, bluz və digər musiqi janrları inkişaf edib. Azərbaycan musiqisini fərqli edən isə qədimliklə, müasirliyi özündə birləşdirməsindədir.

Aysel Nəbiyeva

09:00 / 18.09.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 5243
Bu ay: 89051
Ümumi: 17803222
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın