
Amerikalı ifaçı, rəqqas, xareoqraf, ssenarist, aktyor... Siyahını daha da uzatmaq olar. Popun kralı Maykl Ceksonun doğum günüdür.
Dünya popunun kralı adını qazanaraq milyonlarla insanın sevimlisinə çevrilən, hətta adını 25 dəfə ginnesin rekordlar kitabına yazdıran sənətkar hələ uşaqlıqdan ətrafındakiları təəcübləndirirdi. Maykl Cekson çox erkən yaşlarında danışmağa və yeriməyə başlayıb. 6 yaşında isə rəqsi və ifası ilə ulduza çevrilib. O, ailəsinin 5 üzvü ilə qeyri-adi çıxışlar edərək qardaşlarını kölgədə qoyurdu.
Maykl ilk dəfə 1970-ci ildə onu ABŞ və Avropada tanıdan musiqini yazır. Daha sonra isə ilk sinqılını təqdim edir. Gənc ifaçı rəqsi ilə çoxlrının marağına səbəb olur. Cəmi bir neçə il sonra 19 milyon ədəd satılan albomu işıq üzü görür. Beləliklə Maykl Cekson Qremmiyə layiq görülür. “Triller”, “Billi cin” kimi mahnılar qaradərili insanları ağ dərililərdən ayıran baryeri yox edir. Popun kralının 1985-ci ildə təqdim etdiyi “we are the world” sinqili hitə çevrilir.
Maykl Cekson 15 qremmi və yüzlərlə başqa mükafata layiq görülüb. Ümumilikdə onun satılan albom və sinqllarının sayı 1 milliyardan çoxdur. Popun kralı 2009-cu ildə rəsmi olaraq amerikanın əfsanəsi və musiqi ikonu elan edilib.
Şəfiqə Elşən
13:00 / 29.08.2017