/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Müslüm Maqomayev 75

Şriftin ölçüsü:  11px13px15px17px

Nadir səsi və qeyri-adi istedadı ilə təkcə ölkəmizdə deyil, onun hüdüdlarından kənarda da seçilən, sevilən xalq artisti Müslüm Maqomayevin anadan olmasından 75 il ötür. Azərbaycanın çoxəsrlik mədəniyyət salnaməsinə parlaq səhifələr yazmış Müslüm Maqomayev son dərəcə rəngarəng repertuara malik qüdrətli sənətkardır. Onun özünəməxsusluğu ilə səciyyələnən və ümumən Sovet estradasını yeni mərhələyə yüksəldən bənzərsiz yaradıcılığı, musiqi tarixində ayrıca mərhələ təşkil edir.
Hərtərəfli və geniş repertuara malik olan xalq artisti məşhur mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da fərqli olub. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı. Heç zaman ifa etməkdən yorulmayan müslüm, təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi. O, elə ilk uğurunu da 1962-ci ildə qazanır. Maestro niyazinin tövsiyəsi ilə tələbə və gənclərin helsinkidə keçirilən 8-ci ümumdünya festivalına göndərilən Müslüm, Bakıya medalla qayıdır. Populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir. Uşaqlıq illərindən dünya klassiklərinin əsərlərini dinləyir onlardan qiyabi dərs almağa çalışırdı. Bir sözlə onun musiqiyə olan dərin sevgisi sərhəd tanımırdı. Öz fəaliyyəti ilə dünyanın bir çox ölkələrində nüfüz qazanan xalq artisti ölkəmizi hər zaman fəxrlə təmsil edib. Azərbaycan musiqisinə göstərdiyi xidmətlərə görə milli lider Heydər Əliyev tərəfindən qiymətləndirilərək “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. Bəstəkarlıq sahəsində də özünü sınayan Müslüm Maqomayevin yaradıcılığında xalq şairi Nəbi Xəzrinin sözlərinə yazdığı “Azərbaycan” mahnısı özünəməxsus yer tutur və bu gün də sevilə-sevilə dinlənilir. Xalq artisti 2008-ci ildə vəfat edib və Bakıda birinci fəxri xiyabanda dəfn olunub.

Günel Səfərli

13:00 / 17.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 11822
Bu ay: 305112
Ümumi: 15655348
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın