/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Xalq artisti Afaq Bəşirqızınının doğum günüdür

Şriftin ölçüsü:  11px13px15px17px

Xalq artisti Afaq Bəşirqızınının doğum günüdür. O, 1955-ci ildə Bakı şəhərində anadan olub. Aktyorluq fəaliyyətinə Lənkəran Dövlət Dram Teartında başlayıb. Elə ilk vaxtlardan xalqın sevimlisinə çevrilən Afaq Bəşirqızı əsasən komik obrazların ifaçısı kimi tanınıb. Aktrisanın yaradıcılıq fəaliyyətinə teatrla yanaşı, bir sıra kino və televiziya tamaşalarındakı rolları da daxildir. Bunlara “Bəxt üzüyü”, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Nekroloq” və digərləri aiddir. Xalq artisti Bəşir Səfəroğlunun qızı olan Afaq Bəşirqızınını yaradıcılığı dövlət tərəfindən də hər zaman yüksək qiymətləndirilib. 1989-cu ildə “Əməkdar artist”, 1993-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır. 2013-cü ildə "Şöhrət” ordeni, 2015-ci ildə prezidentin fərdi təqaüdü ilə təltif olunub. Həmçinin, Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

13:00 / 15.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 11811
Bu ay: 305101
Ümumi: 15655337
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın