/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Anatoli Papanovun anım günüdür

Şriftin ölçüsü:  11px13px15px17px

Sovet kinosunun görkəmli nümayəndələrindən biri olan Anatoli Papanovun anım günüdür. O, 1922-ci ildə Rusiyada fəhlə ailəsində anadan olub. Anatoli orta məktəb dövründən teatra maraq göstərib, dram dərnəyinə yazılıb. Hərbi xidmətdən sonra Moskva Teatr İnstitutuna qəbul olunub. Tələbə olarkən teatrda bir sıra tamaşalarda müxtəlif rollar canlandırıb. 1960-cı illərdə Papanovun kino karyerası başlayıb. “Ölülər və dirilər” filmində oynadığı general rolundan sonra o məşhurlaşıb və müxtəlif filmlərə dəvət alıb. “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul”, ”Uğur centlemenləri”, “Don Kixotun uşaqları” və digər filmlərdə yaratdığı müxtəlif xarakterli rolları onu milyonların sevimlisinə çevirib. Aktyor həm də bir neçə nəslin sevimlisi olmuş “Bir dayan” - “Nu poqodi» cizgi filmində canavar obrazını səsləndirib.

13:00 / 05.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 11782
Bu ay: 305072
Ümumi: 15655308
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın