/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Doqquzuncu Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı

Şriftin ölçüsü:  11px13px15px17px

Altı gündür ki, klassik musiqi dinləyicilərinə unudulmaz anlar yaşadan 9-cu Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdi. Azərbaycan, İtaliya, Amerika Birləşmiş Ştatları və Rusiya musiqiçilərinin iştirakı ilə sonuncu kamera konserti keçirilib. Açıq səhnədə isə möhtəşəmliyi ilə yadda qalan bağlanış mərasimi və son konsert gerçəkləşib. Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan “Dörd əl axşamı” adlı sonuncu kamera konsertində pianoçular - Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Qəbələ beynəlxalq piano müsabiqəsinin münsiflər heyətinin sədri Oksana Yablonskaya, Amerika Birləşmiş Ştatlarının Duksburi musiqi festivalının bədii rəhbəri stefan deitz, İtaliyanın “l. Perosi” Beynəlxalq Musiqi Akademiyasının professoru Anna Serova çıxış etdilər. Festival iştirakçıları sonuncu kamera konsertində tanınmış musiqiçilərin canlı ifasında Avropa bəstəkarlarının ölməz əsərlərini dinlədilər. Festivalının bağlanış mərasimi və yekun konserti də anşlaqla keçdi. Dövlət və hökumət, diplomatik korpus nümayəndələrinin iştirak etdiyi mərasimdə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək, festivalın ölkəmizin həyatında əlamətdar hadisə olduğunu vurğuladı. Millət vəkili festivalın təşkilinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Bu festivalın tezliklə Qarabağda, Şuşada keçirilməsini arzuladı. Festivalın bədii rəhbərlərindən biri, “Kiyev virtouzları” orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim simfonik orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski çıxışında diqqətə çatdırdı ki, musiqi festivalı ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurur. Sonda səhnə Azərbaycan Dövlət Simfonik Orkestrinin ixtiyarına verildi. Konsertə dünya şöhrətli italiyalı dirijor Roberto Molinelli rəhbərlik etdi. Avropa səviyyəsinə uyğun ifa tərzi ilə seçilən Azərbaycan Dövlət Simfonik Orkestrin konsertində bəstəkar Vaqner, Çaykovski, Verdi, Motsart, Molinelli, və Kalmanın əsərləri səsləndirildi. Festivalın sonuncu konsertini mindən çox tamaşaçı izlədi. Əli Səmədov

13:00 / 04.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 11869
Bu ay: 305159
Ümumi: 15655395
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın