/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Qəbələdə musiqi bayramı davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Doquzuncu Qəbələ Beynəlxalq Musiqi Festivali möhtəşəm konsert proqramları ilə davam edir. Bu dəfə festivalda Böyük Britaniyanın “Femusa” kamera orkestrinin çıxışı böyük marağa səbəb olub.
Musiqisevərlərə birlik hissi bəxş edən festival olduqca maraqlı ifalarla yadda qalır. Dilbər guşələrimizdən olan qəbələ şəhərində artıq bir neçə gündür ki, əsl musiqi bayramı yaşanır. Avqustun 1-də festival tamaşaçıları qarşısında daha bir ölkənin tanınmış orkestri möhtəşəm ifa nümayiş etdirdi. Heydər Əliyev konqres mərkəzinin önündə quraşdırılan açıq səhnəyə çıxan böyük britaniyanın “Femusa” kamera orkestrinin səsləndirdiyi əsərlər dinləyiciləri valeh etdi.
2008-ci ildə Böyük Britaniyanın istedadlı qadın musiqiçiləri tərəfindən təşkil edilən və peşəkar beynəlxalq kamera orkestri “Femusa”, daim müasir dövrün bəstəkarlarının əsərləri ilə çıxış edir və dünya musiqisini klassik səhnəyə daha geniş şəkildə təqdim edir. “Femusa” musiqiçiləri ənənəvi qərb repertuarı ilə bərabər nadir və ya daha az tanınan əsərləri ifa edərək multikultural aspektləri inkişaf etdirirlər.
Konsertdə həmçinin Azərbaycanın gənc pianoçuları Səidə Tağızadə, Elxan Niftiyev və viola ifaçısı Rəna Rəhimova Avropa bəstəkarlarının əsərlərini səsləndirdilər. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən 9-cu Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 3-də yekunlaşacaq.

Əli Səmədov

13:00 / 02.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 9807
Bu ay: 544709
Ümumi: 15311250
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın