/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Doqquzuncu Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub

Şriftin ölçüsü:  11px13px15px17px

Musiqisevərlərin çoxdan gözlədiyi qəbələ beynəlxalq musiqi festivalı qapılarını yenidən sənətsevərlərin üzünə açıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2009-cu ildən keçirilən festival ildən-ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir. Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı da çox zəngindir. Dünən axşam saatlarında 9-cu Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub. Mərasim Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirildi. Öncə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna rol oynayan Azərbaycan respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Unesco və Isesco-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxundu. Açılış mərasimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin konserti ilə davam etdi. Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ifa olundu. Orkestri Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, xalq artisti, dirijor Cavanşir Cəfərov müşayiət etdi. Əsər əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyevin quruluşunda səhnələşdirilib. Orkestrin solistləri isə tanınmış xanəndələr Gülyaz Məmmədova, Elnur Zeynalov, Arzu Əliyeva, Afaq Ağayeva, Təyyar Bayramov, Nəzər Bəylərov, Taleh Yəhyayev və Cahangir Qurbanovdur. Festivalın bədii rəhbərlərindən olan Dmitri Yablonski bu festivalda gənclərə geniş imkanlar yaradılmasını xüsusi qeyd etdi. Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında Azərbaycanın tanınmış gənc pianoçu və musiqiçilərinin iştirakı ilə kamera konserti gerçəkləşdi. Bir sıra beynəlxalq müsabiqələrin qalibi, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, prezident təqaüdçüsü Atabala Manafzadə pianoda dünyaşöhrətli bəstəkarların əsərlərini səsləndirdi. Festivalın rəsmi açılışından bir gün əvvəl isə Qəbələ IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə simfonik orkestrinin möhtəşəm konserti oldu. Açıq səhnədə təşkil edilən konsertdə tələbə simfonik orkestrinin gənc üzvlərini tanınmış pianoçu, 2009-cu ildə İsveçdə keçirilmiş caz festivalının qalibi, prezident təqaüdçüsü, bir sıra beynəlxalq festivalların və konsertlərin iştirakçısı İsfar Sarabski müşayiət etdi. Konsertin dirijoru Cavad Tağızadənin rəhbərliyi ilə yaradılan tələbə simfonik orkestri Bakı Musiqi Akademiyasında “İfaçılıq” fakültəsi yaranan gündən fəaliyyət göstərir. Konsert tamaşaçıların böyük marağına səbəb oldu. Avqustun 3-dək davam edəcək Qəbələ Beynəlxalq Musiqi Festivalında Rusiya, İsrail, ABŞ, İtaliya, Litva, Sloveniyadan dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər iştirak edəcəklər. Əli Səmədov

13:00 / 31.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 10026
Bu ay: 544928
Ümumi: 15311469
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın