/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

“Jara “ öz yenilikləri ilə tamaşaçıları təəcübləndirməkdə davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Artıq dünəndən start götürən ikinci beynəlxalq musiqi festivalı “ Jara “ özünün yeni layihələri ilə mədəniyyətsevərləri yenidən bir araya gətirməyi bacarıb. Festival çərçivəsində Rusiya istehsalı olan “ Yüngül əxlaqlı nənə “ filminin təqdimatı baş tutub. Tədbirə Rusiya estradasının sayılıb, seçilən müğənniləri təşrif buyurublar. Möhtəşəm təqdimat gecəsində əvvəlcə Rusiya şoubiznesinin ən məşhur müğənnilərinin qırmızı xalı üzərindən keçidi oldu. Tamaşaçılar bu fürsətdən istifadə edib ulduzlarla şəkil çəkdirdilər. Ulduzlar da yerli pərəstişkarları ilə görüşməkdən xeyli məmnun görünürdülər. Festival çərçivəsində Rusiya istehsalı olan ekran əsəri də təqdim olundu. Komediya janrında olan 90 dəqiqəlik filmin rejissoru Maryus Vaysberqdir. Filimdə bir çox məşhur simalar yer alıb və sevindirici məqam odur ki, kino lenti ilk dəfə məhz Bakıda təqdim olunur. İkinci beynəlxalq musiqi festivalı “Jara “ hələ üç gün bakının qonağıdır. Əgər sizdə uşaqlıqdan pərəstişkarı olduğunuz müğənniləri canlı görmək, onların hitlərinə qulaq asmaq, vaxt keçirtmək istəyirsinizsə o zaman yolunuzu mütləq bu festivaldan salın. Necə deyərlər bu yayın ən istisi “ Jara olacaq “

Sevda Bayramova

19:00 / 28.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 10014
Bu ay: 544916
Ümumi: 15311457
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın