/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Naxçıvan teatrı yaradıcılıq mövsümünə yekun vurub

Şriftin ölçüsü:  11px13px15px17px

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 2016-2017-ci ilin yaradıcılıq mövsümünə yekun vurub. Bu məqsədlə teatr tamaşaçılara Moris Meterlinqin “Göy quş” nağıl tamaşasını təqdim edib. Moris Meterlinqin “Göy quş” pyesi fəlsəfi janrda yazılıb. Burada məqsəd xoşbəxtlik simvolu olan göy rəngli quşun tapılmasıdır. Yəni, insanlar ömür boyu xoşbəxtliyi axtarır, bəzən onun elə öz ətrafında, ailəsində olduğunu dərk etmir. Bu məsələlər tamaşada öz əksini tapmışdı.
Nağıl tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov, bəstəkarı Muxtar Respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova, rəssamı isə Əməkdar rəssam , millət vəkili Ülviyyə Həməzyevadır. Bu, Ülviyyə Həmzəyevanın teatr rəssamı kimi ilk işidir.
“Göy quş” tamaşasının premyerası və teatrın yaradıcılıq mövsümünə həsr edilən tədbirini Muxtar Respublika Ali Məclisinin sədri və ictimaiyyətinin nümayəndələri də izləyiblər.

Səməd Canbaxşiyev

13:00 / 27.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 852
Bu ay: 432366
Ümumi: 17201699
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın