/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Təbrizli peşəkar fotoqrafın sərgisi təşkil olunub

Şriftin ölçüsü:  11px13px15px17px

Naxçıvanda təbrizli fotoqraf Paşa Hadianın fərdi sərgisi təşkil olunub. «Müasir İran mədəniyyətinin görkəmli nümayəndələri ” adlı sərgidə nümayiş olunan portretlər İranın məşhur adamlarının şəkilləridir. Bəhruz Kəngərli adına sərgi salonunda baş tutan foto-sərginin açılışında Naxçıvanlı sənətsevərlər, İran və Türkiyənin Muxtar Respublikadakı baş konsulları iştirak ediblər. Tanınmış fotoqraf 65 şəklini naxçıvanlı tamaşaçılara təqdim edib. Şəkillərdə sənətkarlar, incəsənət adamları, alimlər, şairlər, həkimlər, dövlət nümayəndələri və qazilər var. Maraqlı burasıdır ki, çəkilən fotolarda bu insanların ömründə mühüm rol oynayan yaxınları, həyat yoldaşları, valideynləri də dolayı yolla öz əksini tapıb. İnsanların sənəti və məsləyi isə şəkillərdə ilk baxışdan hiss olunur. Fotoların hamısı ağ-qaradır. Foto-sərgi Naxçıvanda iyulun 15-nə qədər davam edəcək. Bundan sonra, isə Paşa Hadian öz əsərlərini Bakıda foto həvəskarlarına təqdim edəcək.

Səməd Canbaxşiyev

13:00 / 12.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 4208
Bu ay: 88016
Ümumi: 17802187
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın