/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

İsrailin məşhur pianoçusu Bakıda konsert verdi

Şriftin ölçüsü:  11px13px15px17px

Müslüm Maqomayeva adına Dövlət Filarmoniyasında İsrailin tanınmış pianoçusu Dorel Golan çıxış edib. Konsert proqramı Azərbaycan - İsrail arasında diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunub. Dorel Golan son illər ərzində İsraillin ən məşhur pianoçusu kimi tanınır. O Afrika, Asiya, Avstraliya, Simalı və Cənubi Amerika və orta şərqdə 50-dən çox ölkənin orkestrləri ilə mühüm yaradıcılıq gecələrində və festivallarda iştirak edib. Paytaxtımıza ilk dəfədir ki, təşrif buyuran xanım musiqiçi burda olmaqdan məmnun olduğunu bildirdi. İsrailin Azərbaycandakı səfiri Dan Stav ölkələr arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu və daha da inkişaf edəcəyini vurğuladı. Konsert proqramında pianoçu Dorel Golan və maestro Rauf Abdullayevin rəhbərliyi altında Azərbaycan dövlət simfonik orkestrin ifasında klassik musiqi əsərlərindən parçalar səsləndirildi. Möhtəşəm gecə iki ölkə arasında yaranan diplomatik münasibətlərin 25 illiyinə həsr olunub. Təşkilatçıların sözlərinə görə sözügedən iki ölkə arasında tədbirlər mütəmadi olaraq təşkil olunacaq.

13:00 / 08.06.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 1113
Bu ay: 196654
Ümumi: 18394814
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın