/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

“Səhnədə 95 il“ Acariya ansamblı Bakı səhnəsində

Şriftin ölçüsü:  11px13px15px17px

Heydər Əliyev Sarayında Gürcüstanın Acariya Akademik Dövlət Mahnı və Rəqs Ansamblının konserti baş tutub. “ Cəngi “ estrada folklor ansamblının təşəbbüsü ilə reallaşan gecədə rəngarəng xoreoqrafiya nümunələri ifa olunub.
Acariya Akademik Dövlət Mahnı və Rəqs Ansamblı 95 ildi səhnədədir. Konsert proqramı məhz bu münasibətlə təşkil olunub. Ansambl 1921 ildə yaranıb. 1961 ildə isə Gürcüstanın əməkdar ansamblı adına layiq görülüb. “Səhnədə 95 il “ layihəsi çərçivəsində kollektiv dörd ölkədə səfərdə olublar. Sonuncu final konserti isə ansamblın öz seçimi ilə məhz Bakida keçirildi. Səhnədə sadəcə rəqs yox həm vokal, həm də xoreoqrafiya nümayiş olundu. Təqdim olunan proqram sözün əsl mənasında hərkəsi təcübləndirməyi bacardı. Konsertdə Gürcüstanın bir çox qədim və yeni rəqs nümunələri təqdim olundu. Konsert proqramının yayım hüququ «Lider» televiziyasına məxsusdur. Tamaşaçılar mərasimin yaddaqalan məqamlarını yaxın vaxtlarda məhz “ Liderin “ efirindən izləyə biləcəklər.

Sevda Bayramova

13:00 / 10.12.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 2601
Bu ay: 345774
Ümumi: 11328235
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın