/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Qədim musiqi alətlərimiz təbliğ edilir

Şriftin ölçüsü:  11px13px15px17px

Qədim musiqi alətləri ansamblı yeni repertuarla tamaşaçıların qarşısına çıxıb. Avropa Oyunları günlərində Azərbaycanın qədim musiqi alətlərinin təbliği məqsədilə təşkil olunan konsertdə anşlaq olub. Ansamblın üzvləri tamaşaçıların qarşısına orta əsr musiqiçilərinin geyimində çıxdılar. Elə musiqi alətləri də həmin dövrdə istifadə edilən alətlərin eynisi idi.
Xalq artisti Məcnun Kərimov tərəfindən yaradılmış kollektiv artıq 20 ildir ki, fəaliyyət göstərir. Konsert proqramının Avropa Oyunları günlərində təşkil ediləmsi isə təsadüfi deyil. Konsert milli musiqimizi, alətlərimizi təbliğ etmək məqsədilə təşkil edilib. Musiqi alətlərinin səsi, muğamlar dinləyicilər arasında olan əcnəbiləri də valeh etdi. Onlar musiqinin sehrinə düşdüklərini dedilər. Konsertdə qədim musiqi əsərləri ilə yanaşı azərbaycanın xalq mahnıları da ifa olundu.
Təranə Ziyadzadə

11:00 / 28.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 1911
Bu ay: 151652
Ümumi: 14286013
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın